Загрузка...

ABŞ-Meksika sərhədində miqrantlarla yerli əhali arasında qarşıdurma olub.

Oxu.Az xəbər verir ki, artıq 1,5 minədək honduraslı sərhəd zonasında yerləşib.

Bu isə yerli sakinlərin narazılığına səbəb olub. Nəticədə bu, miqrantlarla toqquşmalara gətirib çıxarıb.

Meksikanın Playa-de-Tixuana rayonunun sakinləri hökumətdən miqrantları evlərindən kənar ərazidə yerləşdirməyi tələb ediblər.

Dünən səhər Tixuanaya miqrantlarla dolu daha 22 avtobus gəlib.

Qeyd edək ki, Qvatemala və Hondurasdan olan miqrantların məqsədi ABŞ ərazisinə keçməkdir.