Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına təbrik məktubu göndərib. Medianews.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Forum iştirakçıları, Əziz gənclər! Sizi – Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzulayıram. Gənclərin növbəti Forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə, “Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” şüarı altında […]

Gənc müğənni “QƏDƏHLƏR” adlı yeni klipini təqdim etdi. Aktual.az xəbər verir ki, dünən gənc, istedadlı müğənni Mələk Bakı Bulvarının Venesiyasında yerləşən məşhur SWICHrestoranında “Qədəhlər” adlı yeni klipini təqdim edib. Təqdimatda müğənninin özü ilə yanaşı, klipin rejjisoru və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan gənc müğənni klipin sujeti barədə iştirakçılara geniş məlumat verib. […]

Mahnıları ilə tamaşaçılarını ağlatmağı yaxşı bacaran, özü də ara-sıra ağlayan müğənni Damla bu dəfə göz yaşlarını film üçün töküb. “Taxta ayı” adlanan filmdə Rüfət Nəzərlə baş rolu paylaşan Damlanın obrazının da adı elə “Damla” olub. Xatırladım ki, filmin prodüseri də Damlanın özüdür. Obrazı ilə eyni adı daşıyan sənətçi, yəqin ki, burada uşaqlığımızın “ağlamalinski” türk filmlərində […]

Son günlərdə hər kəs bu balaca qızcığazdan danışır. Medianews.az A24.Az-a istinadən xəbər verir ki, söhbət atasından, “məni yoxsa Ayşəni çox istəyirsən?” soruşur uşaqdan gedir. Atasından, “Ayşəni daha çox istəyirəm” cavabını alan balaca sevinərək “Ayşən səni çox istəyir” deyir. Qısa müdəttən sonra atasının cavabını dərk edən balaca fenomen kövrələrək “Məni istəmir?” sualını verək kövrəlir. Həmin görüntüləri […]

Azərbaycanda energetik içkilərə aksiz dərəcələrinin tətbiqi və şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, gənclərin sağlamlığını ciddi şəkildə pozan energetik içkilərə aksiz dərəcələrinin tətbiqi çox vacibdir: “Energetik içkilərin ən […]

Noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamına əsasən vəzfəsindən azad edilib. Minval.info xəbər verir ki, hazırda rektor vəzifəsini müvəqqəti olaraq prof. Əmrah Dadaşov icra edir. Əhmrah Dadaşov 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya […]

Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə […]

Türkiyəli müğənni Yusuf Harputlu İstanbuldakı alış-veriş mərkəzindəki mağazaların birində dava salıb. Medianews.az unikal.org-a istinadən xəbər verir ki, Yusuf Harputlu azərbaycanlı həyat yoldaşı Berfin Harputlu ilə birlikdə ticarət mərkəzinə gedib. AVM-dəki geyim mağazalarından birinə daxil olan Yusuf Harputlunun həyat yoldaşı orada bir şalvarı bəyənib. İddiaya görə, Berfin Harputlunun bəyəndiyi şalvarın qara rəngi olmayıb. Müğənni satıcı xanımlardan […]

ANS-in keçmiş əməkdaşı İsmail Cəlilov uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayır. Buna baxmayaraq o, Azərbaycanda baş verən hadisələrin hələ də onu narahat etdiyini deyir: “Çünki Azərbaycan mənim vətənimdir”. İsmaili eyni zamanda cinsi azlıqlara və qadınlara qarşı münasibət narahat edir. O, #səninoaradanəişinvar verilişində Vüsal Həmzəyevin suallarını cavablandırıb.

“Ermənistanın hazırkı hökuməti özündən əvvəlki ölkə rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətini davam etdirir” Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Əriklər ölkəsi” partiyasının rəhbəri Zauri Postancyan bu gün jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Serj Sarkisyanın dövründə Ermənistan aprel döyüşlərində hektarlarla ərazini “itirdi”. Amma indiki hakimiyyətin də daxili və xarici siyasətində heç […]

Bakıda fəaliyyət göstərən özəl klinikalardan birinin 1 milyon manat məbləğində cərimə olunduğu iddia edilir. Minval.info-nun əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi tərəfindən özəl xəstəxanalarda ciddi yoxlamalar başlanılıb. İddiaya görə, yoxlamalar zamanı “MedEra Hospital”da ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, klinikada çalışan həkim və işçi heyətinin böyük hissəsinin əmək müqaviləsi olmayıb. Hospital işçilərinin sayını az göstərərək […]

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib. Mətbuatda A.Məhhərəmovun işdən azad olunması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. A.Məhərrəmov və onun səfir oğlunun […]

Qoç – münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər. Riskli əməliyyat belə, gəlir verəcək. Günün ikinci yarısında rəqiblərin itkilərindən faydalanın. Quraşdırma, inşaat sahəsində çalışanlar irəliləyişə bel bağlaya bilərlər. Yaxınlarınızla münasibətlərdə sakit, təmkinli olun. Situasiyadan bəhrələnərək ədaləti bərpa edin. Amma […]

Xalqdan oğurlanan pullarla xaricdə şahanə həyat tərzi keçirən, milyonları sağa-sola səpələyən, iş quran həmvətənlərimizin adları keçən ajiotaj səngiməmiş məşhur futbolçu Kriştiano Ronaldonun da bənzər bədxərclik etdiyi barədə xəbər yayılıb. Xəbərə görə, portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londonda yerli otellərdən birində bir gecə üçün 10 min avrodan çox pul ödəyib. Restoranda isə Ronaldo […]

(az qala dini əhvalat) Abel müəllimin rektorluqdan çıxardılması, əlbəttə, yaxşı oldu. Gör neçə il idi orda başçılıq edirdi… Az qala Artur müəllimin Buz döyüşündə qalib gəlib baş nazir vəzifəsini ələ keçirməsindən 3-4 il sonra onu BDU-ya rektor qoymuşdular. Ötən illərdə BDU Abel müəllimə layiq şəkildə inkişaf etmişdi, Harvardı, Oksfordu qatlayıb cibinə qoymuşdu. Bütün reytinqlərdə BDU […]

Ulduz futbolçu Kriştiano Ronaldu və nişanlısı Georgina Rodrigez İngiltərənin paytaxtı Londonda 15 dəqiqə oturduqları restoranda bir ətək pul xərcləyib. “Ölkə.Az” xəbər verir ki, cütlük 2 şüşə şərab üçün 30 940 avro hesab ödəyib. Əvvəlcə dünyanın ən bahaşı şərabı olan “Richebourg Grand Cru” şifariş edən nişanlılar bunun üçün 20 628 avro hesab verib. Daha sonra isə […]

Xəbər verildiyi kimi, CNN telekanalı ABŞ prezidenti Donald Trampı müxbirinin Ağ Evdən qovulmasına görə məhkəməyə verib. Amerikanın nüfuzlu “Politico” saytı bununla bağlı maraqlı, eyni zamanda media üçün narahatlıq doğuran versiya ortaya atıb. Saytın verdiyi xəbərə görə, əgər məhkəmə prezidentin xeyrinə qərar çıxarsa, bu, sonuncuya bütün mətbuat nümayəndələri ilə istədiyi kimi davranmaq imkanı verəcək. Qeyd etmək […]

ABŞ Səudiyyə Ərəbistanının 17 vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Oxu.Az xəbər verir ki, Maqnitski Aktı çərçivəsində qəbul olunan sanksiyalar müxalif səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlıdır. Sanksiyaya məruz qalmış Səudiyyə Ərəbistanı vətəndaşlarının konkret hansı məsələlərə görə günahlandırıldığı açıqlanmır. Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa […]

Ağ ev Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ölkədən qovulması imkanlarını nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Donald Tramp administrasiyası F. Gülənin ölkəni tərk etməsinin ABŞ-Türkiyə münasibətlərinin yaxşılaşmasına kömək edəcəyini düşünür. Bununla da Vaşinqton Ankaranı jurnalist Camal Kaşıkçının qətli üzündən Səudiyyə Ərəbistanı ilə […]

Hindistanda meymun 12 günlük körpəni öldürüb. Oxu.Az xəbər verir ki, hadisə Aqra şəhərində baş verib. Meymun qəflətən körpəni anasının əlindən alaraq qaçıb. Heyvan qaçarkən başından dişlədiyi uşağı qonşuluqdakı evin damında qoyub. Başından xəsarət alan uşaq xəstəxanada ölüb.

Böyük Britaniya vətəndaşları ölkənin Avropa İttifaqından çıxması üzrə ikinci referendumun keçirilməsini istəyirlər. Oxu.Az xəbər verir ki, Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 54 faizi “Brexit” üzrə daha bir səsvermənin keçirilməsinin tərəfdarıdır. Rəyi soruşulanların 32 faizi isə bunun əleyhinədir. Yalnız respondentlərin 14 faizi baş nazir Tereza Meyin planını dəstəkləyir. Qeyd edək ki, Meyin planı […]

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb. Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, yekun ittiham aktı Ankara prokurorluğuna göndərilib. Bildirilir ki, akt təsdiqlənsə, iş məhkəməyə göndəriləcək. Qeyd edək ki, səfir A. Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaş güllələyib. M. Altıntaş hüquq-mühafizə orqanlarının açdığı […]

ABŞ-Meksika sərhədində miqrantlarla yerli əhali arasında qarşıdurma olub. Oxu.Az xəbər verir ki, artıq 1,5 minədək honduraslı sərhəd zonasında yerləşib. Bu isə yerli sakinlərin narazılığına səbəb olub. Nəticədə bu, miqrantlarla toqquşmalara gətirib çıxarıb. Meksikanın Playa-de-Tixuana rayonunun sakinləri hökumətdən miqrantları evlərindən kənar ərazidə yerləşdirməyi tələb ediblər. Dünən səhər Tixuanaya miqrantlarla dolu daha 22 avtobus gəlib. Qeyd edək […]