Загрузка...

“Pulla xoşbəxtlik olarmı” sualının canlı örnəyi olan gənc milyonçu Ceyn Park onunla sevgili olacaq şəxsə ildə 60 min avro ödəyəcək.

Oxu.Az “Mirror”a istinadən xəbər verir ki, 23 yaşlı gənc qadın uğursuzluqla nəticələnən sevgi münasibətlərindən sonra muzdlu sevgili tapmaq qərarına gəlib.

Namizədlər isə sayt vasitəsilə illik 60 min avro qarşılığında onunla sevgili olmaq üçün müraciət edə bilərlər.

“Ceyn heç vaxt əmin olmadı ki, onu özünə, yoxsa puluna görə sevirlər. O da sonda bu üsula əl atmağa qərar verdi. Ona sadiq olan düzgün bir kişiyə pulu verməyə hazırdır. Sədaqət Ceyn üçün çox önəmlidir, pul isə gözlədiyi sədaqət üçün verdiyi kiçik bir qarşılıqdır”, – deyə saytda bildirilir.

Qeyd edək ki, 17 yaşında lotereyadan bir milyon avro qazanan Ceyn bu pulla avtomobillər alıb, tətilə yollanıb və estetik əməliyyat edib. Bir milyonu qazanmadan öncə isə o, anası ilə birlikdə yaşayırmış və gündə səkkiz saat işləyirmiş.

Milyonçu 60 min avroya sevgili axtarır - FOTO