Загрузка...

Bir neçə gün öncə Şabran rayonunda “cin çıxardığını” iddia edən bir qrup şəxsin Bakı sakinini 40 dəqiqə işgəncə verərək qətlə yetirməsi cəmiyyətdə birmənalı qarşılanmadı.

Bu hadisə cəmiyyətdə və ictimai şüurda xeyli müzakirələrə səbəb olub və kəskin tənqid edilib.

Psixoloqlar, hüquqşünaslar, dindarlar, ziyalılar bu qəbildən olan hadisələrə dəfələrlə münasibət bildirsələr də, bu cür əməllərin cahillikdən doğduğunu qeyd etsələr də, təəssüf ki, “cin çıxardığını” iddia edən şəxslər öz əməllərinə davam etməkdədirlər.

Məsələ ilə bağlı bu dəfə sadə vətəndaşların mövqeyini öyrənmək istədik. Bu məqsədlə paytaxtın ən qaynar nöqtələrindən birinə üz tutduq. Paytaxt sakinləri isə bu məsələni birmənalı qarşılamadı.