Загрузка...

Azərbaycanda futbol məşqçisi yol qəzasında dünyasını dəyişib.

“Qəbələ” futbol klubundan Trend-ə verilən məlumata görə, Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub.

Bildirilib ki, hadisə gecə saat 02:30 radələrində baş verib. T.Musayev evə qayıdarkən dostu 1952-ci il təvəllüdlü Rafiq Qurban oğlu Məmmədovun idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində məşqçi dünyasını dəyişib.

T.Musayev ailəli idi, iki oğlu və bir qızı var.

Sürücü R.Məmmədov isə Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, onun vəziyyəti ağırdır, hər iki bud nahiyəsində sınıqlar var, döş qəfəsi ciddi zədələnib. Hazırda reanimasiyaya yerləşdirilib.

***

Qəbələ şəhərində “Toyota” ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.