Загрузка...

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona qəzəblənib.

Oxu.Az xəbər verir ki, buna səbəb Makronun Avropa İttifaqı ordusunun yaradılması ilə bağlı çağırışıdır.

“Makron Avropanı ABŞ, Çin və Rusiyadan qorumaq üçün ordu yaratmağı təklif edir. Birinci və İkinci dünya müharibələrində Almaniya döyüşüb. Bu, Fransa üçün nə ilə nəticələndi? ABŞ gələnədək Parisdə alman dilini öyrənməyə başladılar. NATO-ya görə ya pul ödəyin ya yox!”, – deyə o vurğulayıb.