Загрузка...

Müğənni Xatirə İslam ötən gün “5/5” proqramına geyindiyi libasın müzakirə olunması ilə bağlı açıqlama verib.

Medianews.az xəbər verir ki, oxu.az-a açıqlama verən sənətçi bildirib ki, yazılan rəylər onu narahat etmir.

“Mən nəyi geyinə bilərəm, bilmərəm, evdə nəyə icazə verərlər, onu çox yaxşı bilirəm. Çox istərdim ki, 10 kiloqram arıq olum, bundan da açıq libaslar geyinim. Qısa paltarlar geyinməyi sevirəm. Çox dəbli geyinmək istərdim. Həmin geyimin parçasını üç ay gözləmişəm.

Geyimlərimə pul ödəmirəm deyə, qiymətini bilmirəm. Stilistimə dedim ki, paltarın sinəsinə broş taxım, o isə bunu istəmədi. Amma mən yenə də broşdan istifadə etdim. İçimdəki qeyrət dedi ki, az, bir az özünə gəl. Hər dəqiqə açıq geyinmirəm, geyinsəm, gözləri yoraram. Arada geyinirəm, o da belə səs-küy yaradır. Yazılan rəylərə fikir vermirəm”, – deyə Xatirə bildirib.

Qeyd edək ki, Xatirə ötən günlərdə dekolteli libası ilə proqrama çıxmışdı. Müğənninin geyimi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdi.