Загрузка...

İspaniyanın “Real Madrid” klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Argentinalı baş məşqçi uğursuz nəticələr seriyasından sonra bir neçə həftə əvvəl istefaya göndərilmiş Xulen Lopetegini əvəzləyib. Onun rəhbərliyi altında “Kral klubu” 4 oyunun hamısından qalib ayrılıb. 12 turdan sonra “Real Madrid” 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider “Barselona”dan cəmi 4 xal geri qalır.

Bundan əvvəl İtaliyanın “Kyevo” klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.