Загрузка...

Millət vəkili, əməkdar jurnalist Aqil Abbas “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.

Millət vəkilinin sözlərinə görə, o uşaq olanda valideynləri onun həkim olmasını istəyib. Amma Aqil Abbas uşaq yaşlarından ədəbiyyata və rəssamlığa həvəs göstərib. Anası onun xəbəri olmadan 1-ci sinifdən 9-cu sinfə qədər olan bütün dəftərlərini qoruyub saxlayıb. 4-cü sinifdə oxuyanda “Böyünəndə kim olacaqsan?” mövzusunda ev tapşırığı olub:

“Sən demə, həmin dəftərə yazmışam ki, böyüyəndə jurnalist olmaq istəyirəm. Anam dəftəri verəndə məni gülmək tutdu”.

“Atam o vaxtı mənə hirsləndi ki bəs niyə həkim olmadın” – deyə millət vəkili əlavə edib.

Aqil Abbas bildirib ki, dərslərini yaxşı oxuyub və aktiv şagird olub. Bircə futbolda bəxti gətirməyib:

“Ömür boyu istəmişəm futbol oynayım. Qapıçı idim və boyum balaca olduğuna görə yaxşı oynaya bilmirdim. Deyə bilərəm ki, futbolda bəxtim gətirməyib, həmişə ehtiyat qapıçı olmuşam”.