Загрузка...

2015-ci ildə futbolçu Alpaslan Öztürklə evlənən model Ebru Şancı üçüncü uşağı çox istədiklərini, amma ərinin daim telefonda oyun oynadığına görə övladlarının olmadığını bildirib.

Dərgi.Az xəbər verir ki, məşhur model futbolçu ərinin məşqlər və oyunlardan başqa evdə də daim telefonla oynadığını bildirib:

“Adam həftənin 7 günü, günün 24 saatı oynayır. Başını telefondan qaldırmır. Biganəlik heç xoşuma gəlmir. Bu vəziyyətdə təbii ki, uşaq da olmaz. Bir neçə dəfə telefonunu alıb, gizlətdim. Bu dəfə mənim telefonumla oynadı. Onun oyun marağı üçüncü uşağımızın olmasına imkan vermir”.

Qeyd edək ki, Alpaslan Öztürk hazırda “Göztəpə”də çıxış edir.