Загрузка...

Tacikistanda plov festivalı zamanı gözlənilməz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, insanların böyük qazanda bişən plov uğrunda “mübarizə”si zamanı sıxlıq yaranıb.

İnsanlar plovu əlləri ilə yeyib, qablara doldurub özləri ilə aparıblar.

Düşənbə meriyası şəhər sakinlərinin bu cür davranışından təəssüfləndiyini bildirib. Qeyd olunub ki, artıq bəzi şəxslər cəzalandırılıb.