Загрузка...

Sumqayıt şəhərində yerləşən “Tourist Travel Company” turizm şirkətində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan ofisin nəzarət kameraları tərəfindən lentə alınıb.

Şirkətin direktoru Pərvanə Ağayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, ofisi ələk-vələk edən 2 nəfər naməlum şəxs noutbuk, telefonlar və suvenirlər oğurlayıb.

Bu azmış kimi oğrulardan biri nəzarət kamerasına ofisdə tapıb yediyi peçenye də “təklif edib”.

Şirkət rəhbəri sözügedən hadisə ilə bağlı artıq Sumqayıt Baş Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Fakt araşdırılır.