Загрузка...

Düşənbədə Rusiya hərbi bazası və rus məktəbində terror aktlarının planlaşdırılmasında şübhəli bilinən 12 nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər terror aktları İŞİD terror qruplaşmasının göstərişi ilə həyata keçirməyi planlaşdırırdılar.

Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.