Загрузка...

Rumıniyada sərxoş sürücü avtomobillə iki piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini insanların üstünə sürüb.

Oxu.Az xəbər verir ki, hadisə Breil şəhərində baş verib.

Nəticədə 9 nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır.

Bildirilir ki, qəzanı törədən 20 yaşlı kişi avtomobili qaçırıb. O, avtomobilin sahibi ilə mübahisə etdikdən sonra onu bıçaqlayıb və avtomobillə hadisə yerindən uzaqlaşıb.

Sərxoş sürücü polis tərəfindən saxlanılıb.