Загрузка...

Azərbaycanlı iş adamının malikanəsində meyit tapıldı - VİDEO

İstanbulun Sarıyer bölgəsində tarixi malikanədə ölüm hadisəsi baş verib.

BAKU.WS-in Türkiyə KİV-nə istinadla verdiyi məlumata görə, malikanənin bağbanı su quyusuna düşərək ölüb.

Hadisə yerinə gələn bağbanın arvadı və uşaqları göz yaşlarına boğulub. Tarixi malikanənin azərbaycanlı iş adamına məxsus olduğu iddia edilir.

Su quyusuna düşən Rəcəb Çeliker adlı bağbanın cansız bədəni quyudan çıxarılaraq morqa aparılıb.