Noyabrın 10-a keçən gecə Kiyevdə cinayət törətdikləri andan qısa müddət sonra iki quldur yaxalanıb.
Virtualaz.org “Kiyev Operativnıy” telegram-kanalına istinadən xəbər verir ki, iki naməlum şəxs küçədə qadına hücum edib və onun iki telefonunu, şəxsi əşyaları ilə birlikdə çantasını ələ keçirərək, aradan çıxmaq istəyiblər.
Lakin cəmi 10 dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları quldurları tuta biliblər. Oğurladıqları əşyalar qanuni sahibəsinə qaytarılıb, cinaytkarlar isə polis məntəqəsinə aparılıb.
Məlumata əsasən, saxlanılanlardan biri 1976-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Zahid Mirzə oğlu Əliyev, digəri isə 1985-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Mirabi Remzinoviç Arzinadzedir. Arzinadze 2010-cu ildə Ukraynadan deportasiya edilib.