Загрузка...

Kıvanç Tatlıtuğun yeni serialı məlum oldu - VİDEO

Maraqla gözlənilən “Çarpışma” serialının ilk bölümünün anonsu yayımlanıb.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rolları Kıvanç Tatlıtuğ və Elçin Sangun ifa edəcəklər.

Kıvanç Tatlıtuğ “Çarpışma”da polis obrazını canlandıracaq.

“Ay yapım” şirkəti tərəfindən istehsal olunan serial bu ay yayımlanacaq.

“Çarpışma”nın ssenari müəllifi Ali Aydın, quruluşçu rejissoru isə Uluç Bayraktardır.