“Vorskla” – “Qarabağ” oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi çətin keçən qarşılaşmada vacib qələbə qazanıb.
Oyunun 13-cü dəqiqəsində Araz Abdullayevin penaltidən vurduğu yeganə qol həlledici olub.
Bu, “Qarabağ”ın qrup mərhələsində ilk qələbəsidir.
Qeyd edək ki, baş hakim matçı iki dəfə dayandırmalı olub. Buna səbəb yerli fanatların yandırıcı maddələri meydana atmaları olub.