Загрузка...

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi maraqlı addım atıb.

BAKU.WS xəbər verir ki, bayramı münasibətilə yüksək hərbi intizamına görə fərqlənən əsgərləri ailələri ilə görüşdürüb.

Bu maraqlı anlar video süjet formasında hazırlanıb və yayılıb.

Videodan da göründüyü kimi hərbçilərin anaları məktub yazaraq hərbi xidmətdə olan övladlarına göndəriblər. Məktubun cavabı isə çox maraqlı olub. Məktubun cavabında valideynlərə sürpriz edilib. Cavab məktubu əvəzinə onlara övladlarını gətiriblər.