Ukrayna baş prokuroru Yuri Lutsenko istefa ərizəsini yazıb.
Oxu.Az xəbər verir, bu barədə yerli mətbuat baş prokurorun mətbuat katibi Larisa Sarqana istinadən məlumat yayıb.
Bildirilir ki, Lutsenko artıq istefa ərizəsini prezident Pyotr Poroşenkoya təqdim edib.
Prezidentin Lutsenkonun bu qərarına necə reaksiya verdiyi hələlik məlum deyil.