Загрузка...

Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər.

F.Ağamalı, həmçinin Milli Məclisin ezamiyyə xərclərinin az olduğunu bildirib.