“Əkiz qızlarımı satmaq istəyirdilər deyə…”
Ötən gün Space Tv-nin efirində Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində iki əkiz qızı satmaq istəyən qayınanadan şikayət edən gəlin daha bir faktı açıqlayıb.
Minval.info-nun məlumatına görə, o iddia edib ki, xəstəxanada olarkən yanına uşaqları almaq istəyən ailələr gəlirmiş. “Soruşurdum kimsiz. Deyirdilər ki, uşaqları almaq üçün Dünyabəyim xanım göndərib onları. Qaraşın kişi ilə qadın idi”.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.