Загрузка...

“People” jurnalı 2018-ci ilin ən seksual kişisinin adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu ada britaniyalı aktyor İdris Elba layiq görülüb.

Artist bildirib ki, bunu eşidəndə heyrətə gəlib.

“Güzgüyə baxıb, özümə qiymət verdim. Və düşünürəm: “Mən bu gün çox seksual görünürəm”. Düzünü desəm, bu, mənim üçün xoş oldu. Bu, əla sürprizdir”, – o bildirib.

46 yaşlı İdris Elba “Rok-n-rolçu”, “Böyük oyun”, “Prometey” filmləri və “Top” adlı serialda çıxış edib. O, “Lüter” serialında baş rolu canlandırıb.