ATV-də yayımlanan “BizimləSən” verilişində avqustun 8-dən yoxa çıxan 41 yaşlı Adil Abdulovun axtarışları davam edir.
BAKU.WS-in məlumatına görə, itkinin taleyi hələ də naməlum olaraq qalır.
Ötən gün isə aparıcı Zaur Baxşəliyev Adilin sağ olub-olmamasını öyrənmək üçün Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevə müraciət edib.
Canlı efirə skayp bağlantısı ilə qoşulan ekstrasens itkin haqqında bunları deyib:
“Mənə telefon vasitəsi ilə göndərdiyiniz şəkildə bir o qədər də xoş əhval-ruhiyyə yoxdur. Ona görə də onun hal-hazırkı vəziyyəti məni çox narahat edir. İçimdə şübhələr, qorxu var. Bunu daha dəqiq demək üçün çalışacağam şəkillərlə işləyim. Valideynləri ilə əlaqə saxlayıb sizə dəqiq informasiyanı verəcəyəm. Hələlik vəziyyət bir o qədər də yaxşı deyil. İçim rahat deyil.