Türkiyədə polis oğruları tutmaq üçün küçə təmizləyən bələdiyyə işçilərinin roluna girib.
BAKU.WS xəbər verir ki, əməliyyat Ankarada baş tutub.
Bankomatları qarət edən quldurlar uzun müddət axtarışda olublar. Onları tutmaq mümkün olmayıb. Hər dəfə polislərdən qaçmağı bacaran cinayətkarlar bu dəfə “tələyə” düşüblər.
Ətrafda polis olmadığına əmin olduqları üçün rahatca hərəkət etmək istəyən şübhəli şəxslər, polisin planından xəbərsiz olublar.
Polislər isə bələdiyyənin təmizlik işçilərinin paltarlarını geyiniblər. Cinayətkarlar yaxınlaşdıqda, təmizlik işçisinin formasında olan polislər qəfil hücum ediblər.
Həmin hadisənin görüntülərini təqdim edirik: