Gürcüstanda dünən keçirilmiş prezident seçkilərində ölkədə yaşayan azərbaycanlıların əsas etibarilə müxalifətin namizədinə səs verməsi barədə xəbər keçmiş prezident Mixail Saakaşvilini sevindirib.
Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə Saakaşvilinin səsvermənin nəticələrini elan etməsinin videosu yayımlanıb.
Əsasən azərbaycanlıların yaşadığı Qardabanidəki səsvermədən danışarkən Saakaşvili sevincini gizlətməyib və bu bölgədə yaşayanlara Azərbaycan dilində minnətdarlıq edib: “Çox sağ ol, Azərbaycan. Siz mənim dostumsunuz!”