Загрузка...

“Best model” müsabiqəsinin Beynəlxalq direktoru, bloqer və təşkilatçı Aqil Məmiyevin Oxu.Az-a müsahibəsi:

– Bir çox moda gecələrinin təşkilatçısı və müxtəlif ölkələrdə təmsilçisisiniz. Necə oldu ki, bu işlə məşğul olmaq qərarı verdiniz?

– Universitetdə üçüncü kursda oxuyarkən belə işlər görməyə başladım. Bu, 2010-cu illərə təsadüf edir. İqtisadiyyat üzrə təhsil alsam da, modaya marağım var idi. Yerli və xarici brendləri araşdırır, dəb gecələri ilə maraqlanır, modanın bizə bəlli olmayan tərəflərini kəşf etməyə çalışırdım. Agentliklərə baş vurub, özüm üçün praktika yığırdım. Bu fəaliyyətim müəllimlərimə də xoş gəlirdi. Onlar buna görə mənə güzəşt edirdilər. Universitetdən sonra əsgərliyə getdim. Qayıdandan sonra agentlik açdım, daha sonra mənə başqa bir agentliklə birləşmək təklifi gəldi.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

2014-cü ildə Türkiyədə keçirilən “Miss Eurovision” adlı müsabiqənin Azərbaycanda baş tutması üçün mənə müraciət etdilər. Hətta məndən böyük miqdarda lisenziya pulu istədilər. Layihəni aldım, çünki bu, özümü sübut etmək üçün mənə lazım idi.

– Pulun miqdarı nə qədər idi?

– 10 min avro. Bu məbləğin 1800 avro ƏDV-si var idi.

– Əsgərlikdən yeni gəlib işə başlayan oğlan 12 min avroya yaxın pulu necə tapdı?

– Universitetdə həmişə aktiv olmuşam deyə, dost çevrəm geniş idi. Özümdə də pul var idi, amma o qədər deyildi. Onların köməkliyi ilə ödənişi həyata keçirdim.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

Jüridə Nərgiz Cəlilova, Zamiq Hüseynov, Şəhriyar Əbilov kimi məşhurlar var idi. Layihə mediada və TV-də səs-küy yaratdı və maraqla qarşılandı. Final gecəsi isə “afterparty”yə İnna gəlmişdi. Daha sonra “Miss Eurovision”un Türkiyədə keçirilən finala qatıldıq. Orada jüridə isə müğənni Nura Suri var idi.

Həmin gecə dəb sahəsindən olan bir çox önəmli şəxslərlə tanış oldum. Bu layihədən sonra “Miss Exclusive”, “Miss Fashion TV” kimi beynəlxalq müsabiqələrdə iştirak etməyə və tanınmağa başladım. Azərbaycan kiçik ölkə olduğu üçün təkliflərin çoxu mənə gəlirdi.

2014-cü ildə Türkiyənin bütün dəb nümayişlərinin Azərbaycandakı nümayəndəsi oldum.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

Ötən il Fransada keçirilən “Best model of the World” yarışmasında 10-dan çox ölkənin milli direktoru oldum. Bu sıraya İtaliya, Amerika, Qazaxıstan, BƏƏ, Ukrayna və Azərbaycan daxil idi. O mənim üçün çox böyük uğur oldu.

– Mükafat gecələri təşkil etməyə nə vaxtdan başladınız?

– Həmişə mükafat verməyə marağım var idi. Dünya Gözəllik Konqresində Qafqaz ölkələri üzrə milli direktor idim, təklif etdim ki, mükafatlandırma gecələri təşkil edək. “Most Fashionable Awards” adlı beynəlxalq mükafat mərasimini təşkil etdik. Azərbaycanda bir ilkə imza atdıq. Çünki mükafatlandırma sistemi sosial media vasitəsilə idi. Sosial medaida ən çox səs yığan şəxs mükafatın sahibi olacaqdı.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

Ötən ildən etibarən, “Azerbaijan Best Awards” adlı mükafatlandırma gecəsini təşkil edirik və media tərəfindən maraqla qarşılanır.

– Bəs bloqerliyə başlamağınız necə oldu?

– İşimlə bağlı müxtəlif ölkələrə səyahət edirdim. Hər zaman bloqerlərə marağım var idi, onları izləyirdim və getdikləri yerdə fərqlilik yaratdıqlarının şahidi olurdum. Gözləmirdim ki, bloqer olaram, arzuladığım ekzotik ölkələri görmək istəyirdim. Tailanda, Dubayda çox maraqlı çəkilişlər həyata keçirdim.

Bakıya gələndən sonra isə təzə səhifə açdım və izləyicilər tərəfindən çox maraqla qarşılandı. Maraqlı və bahalı yerlərə gedib, orada fotolar çəkdirirdim. Hər kəs başqa ölkələrə səyahət edə bilər, amma oranı fotolarda təqdim etmə məsələsi önəmlidir. Yaxşı bir şeyi qlamur və “cool” da göstərmək olar, adi də. İnsanlar və əsasən də, turizm şirkətləri məndən məsləhət almağa başladı.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

Gördüm ki, insanlara maraqlıdır, başqa ölkələrə getməyə başladım. Maldiv, Hindistan, Şri Lanka kimi yerləri gəzdim. Xarici səhifələr mənim fotolarımdan istifadə etmək üçün icazə alırdılar, mən deyirdim ki, adımı mütləq qeyd etməlisiniz.

– İnsanların da belə maraqlı paylaşım etməsi üçün hansı məsləhətləri görə bilərsiniz?

– Hər hansı bir ölkəyə getməzdən əvvəl baxıram ki, insanlar həmin yerdə necə şəkillər çəkdiriblər, girib bunu araşdırıram. Orada kimisə görürəm və həşteqlərə də nəzər yetirirəm. Bunlar önəmlidir.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

– “The Sun” nəşrində “Instagram”ın ən varlı uşaqları sırasında qeyd edilmisiniz…

– Şəkillərimi “Rich kids of Azerbaijan”, “Billioners club” kimi səhifələrdə dərc olunurdu. “The Sun” isə oradan mənim profilimi görüb və öz yazısında qeyd etmişdi. Amma deyim ki, özümü “The Sun”da görəndə şoka düşdüm. Belə bir şeyin olacağını düşünmürdüm. Özü də “Instagram”ın ən varlı uşaqları sırasında (gülür).

Düzü, bir az da utandım. Çünki belə şeyləri sevmirəm. Bu, mənim üçün böyük motivasiya oldu.
“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

– Azərbaycanda keçirilən “Global Influencer Day”də mükafat qazandınız. Siz utansanız da, bəlkə elə “The Sun”ın da burada təsiri var?

– Bu yaxınlarda Monakoda “Influencer Awards” deyə mərasim keçirildi. Fikirləşdim ki, görəsən, nə vaxtda bura qatılıb, mükafat ala bilərəm. Burada belə bir layihənin keçiriləcəyindən xəbərim yox idi. Sadəcə Monakoya qonaq kimi getmək, sosial mediadan izlədiyim məşhur bloqerləri görmək, təcrübə yığmaq istəyirdim. Mənə “mail” gəldi ki, belə bir tədbir keçiriləcək.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

Buraya qatılanda isə mükafatlandırma mərasiminə qalmaq istəmirdim. Dedim ki, mən də belə gecələr təşkil edirəm, baxım görüm təşkilatçılıq necədir. Qəfil gördüm ki, adım çəkildi. Eşidəndə telefonum əlimdən yerə düşdü. Bu, mənim məqsədim idi. Bütün bunlar mənə motivasiya verir. Altı aydır, heç yerə getmirdim, artıq maraq yarandı ki, harasa getmək lazımdır (gülür).

Gözləmədiyim bir halda, arzuladığın kateqoriyadan bir mükafat alanda insanda gözəl hisslər yaranır.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO

– Gələcək hədəfləriniz nələrdir?

– İstəyirəm bu sahə üzrə Azərbaycanda ən tanınmış şəxs olum.  Buna görə bütün gəlirlərimi xərcləməyə hazıram. Belə şeyə görə nəfəs alıram. Bu dəqiqə maşınım yoxdur, taksi ilə gedib-gəlirəm. Amma ən bahalı maşın sürən insanların arzuladığı yerləri gəzmişəm. Dünya görüşüm onlardan qat-qat üstündür. Maşın hər zaman ala bilərəm, marağım yoxdur. Marağım Avstraliyada, Alyaskada, Antarktikada olmaqdır. Çünki yaşım gedir, sonra bunları edə bilməyəcəyəm.

“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO“Instagram”ın “ən varlı” azərbaycanlısı: Maşınım yoxdur - FOTO