Загрузка...

Jurnalistlərdən xahiş edirəm ki, mənim sənətimdən yazsınlar.

Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib.

Sənətçi özünü ciddi sənətin nümayəndəsi hesab etdiyini bildirib.

Məleykə Əsədova:

“Mən ciddi sənətin nümayəndəsiyəm, şou-biznesdə deyiləm. Aktrisayam. Çox çətin və məsuliyyətli obrazlar oynamışam. İllərdir haqqımda yazırsınız, ancaq bundan sonra sənətimdən yazmağınızı istəyirəm.

Oktyabr ayından tamaşalarım başlayıb. Məni Məleykə Əsədova edən tamaşaçıların alqışları və çiçəkləridir. Gəlin, tamaşalarıma baxın, son söz sizin alqışlarınızdır”, – deyə Əsədova söyləyib.