Загрузка...

Hindistanda meşəyə odun üçün gedən 72 yaşlı kişini meymunlar kərpiclə öldürüblər.

Oxu.Az-ın “Sky News”a istinadən məlumatına görə, qoca aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polisdən bildiriblər ki, heyvanlar kərpicləri dağılmış binadan götürüblər və ağaclara qaldırıblar. Meymunlar kişiyə 20-dən çox kərpic atıblar. Mərhumun ailəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlayıb.

“Bu meymunlar əsl cinayətkardırlar, onlar cavab verməlidirlər”, – ölən şəxsin qardaşı deyib.

Polisdən qeyd ediblər ki, heyvanlara qarşı cinayət işi açıla bilməz.