Türkiyədə iştirak etdiyi evlənmə verilişindən sonra məşhurlaşan Naz Mila alman mediasının dilinə düşüb. AzEuroNews.com xəbər verir ki, Türkiyə, Azərbaycan, İngiltərə mediasından sonra Almaniya mediası Nazın bədənində ingilis dilində olan döymə ilə bağlı sujet hazırlayıb.
Nüfuzlu alman nəşri “BİLD” qəzetinin “BİLD BOX” verlişində həmyerlimizin dövməsi lağa qoyulub.
Məlumat üçün bildirək ki, ingilis dilindən tərcümədə “Təkcə Tanrı məni səhvlərimə və düzlərimə görə mühakimə edə bilər” mənasına gələn “Only God can judge my mistakes and truths” əvəzinə “I can judge a single god with my wrongs and wrongs” cümləsi yazılıb.
Döymə ustası və 26 yaşlı Nazın ingilis dilini bilməməsi belə biabırçılığa səbəb olub. Döymənin mənası isə “Təkcə mən Allahı öz səhvlərim və yanlışlarımla mühakimə edə bilərəm” deməkdir. Göründüyü kimi, ingilis dilində “wrongs” kəlməsi döymədə iki dəfə istifadə edilib.
Naz Mila etdiyi səhvin nə qədər kobud olduğuna varmayaraq yeni döyməni İnstaqram səhifəsində paylaşıb.