Загрузка...

Amerikanın Cənubi Karolina ştatının Klemson şəhərindəki yaşayış kompleksi binalarından birində keçirilən əyləncə gecəsi zamanı döşəmə uçub. Nəticədə 30 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən “FOX Carolina” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə bazar gününə keçən gecə baş verib. Yaralıların vəziyyəti haqqında məlumat yoxdur.