Kerç Politexnik kollecində quraşdırılan müşahidə kameraları tərəfindən oktyabrın 17-də baş verən atışma və partlayışların qeydə alınan videosu yayılıb.
Oxu.Az xəbər verir ki, çarx “Rusiya 24” telekanalının efirində nümayiş etdirilib.
Qeyd edək ki, qətliamı törədən Vladislav Roslyakovun sui-qəsd anı kameralar tərəfindən qeydə alınmayıb.
Terror aktı nəticəsində 21 nəfər həlak olub, 50 nəfər yaralanıb.