Загрузка...

Rejissor Kənan MM bloger Əlixan Rəcəbov haqqında sərt sözlər deyib. 

Kənan MM Ə. Rəcəbovun onun rejissou olduğu “Gecə qonağı 2” filmini tənqid etməsindən qəzəblənib.

Rejissor blogeri səviyyəsiz adlandırıb: “Bu insan mənim 9 ay üzərində çalışdığım “Gecə qonağı 2” filmini ələ salmışdı. Özü guya sənətçidir. Səviyyəsiz, sənətdən bixəbər, düşük videolar müəllifi… Zəng elədim, dedim nə məsələdir? Dedi ki, mən fikrimi söyləməkdə sərbəstəm. Ok, mən də fikrimi söyləməkdə sərbəstəm. İnternet kuklası, mənim dırnağımın bildiyini sənin başının bir hissəsi bilmir. Yaşın qədər təcrübəm var. Ürəksiz, duyğusuz nəfəs alan kukla. Nəinki sənin, sənə dəstək olan insanların başı üçün deyil mənimlə sənətdən danışmaq. Mən sənətə instaqramla gəlməmişəm. Sən elə instaqramın pəncərəsi boydasan.

Sən hələ get “Gecə qonağı” filminin “g” hərfi boyda iş gör, sonra… Dostluğumda olan xəbərçilər çatdıra bilər. Sənin də cənazə namazını qılacağam, az qalıb. Adımdakı “M” hərfinin biri sən boydadır. Hə, bir də niyə indi cavab verirəm? ona görə ki, ürəyim belə istədi. Mən beləyəm. Kimisə nəsə narahat eləsə, kiməsə nəsə ləzzət eləməsə, burdayam. Bu insana görə mənə zəng edən də cavabını alacaq. Gözləyirəm, sən mən gedən yolları gedə bilməzsən, balaca. Sənin pul verib girə bilmədiyin yerə mən salam verib girirəm”.

Kənan MM-dən Əlixana: “Mənim dırnağım biləni sənin başının bir hissəsi bilmir” Kənan MM-dən Əlixana: “Mənim dırnağım biləni sənin başının bir hissəsi bilmir”