Загрузка...

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənn Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

Agentliyin digər məlumatına görə, kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.

Bundan əvvəl Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.