ABŞ prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının çox ehtimal ki, öldüyünü bildirib.
“Report” xəbər verir ki, o bunu jurnalistlərin Qaşıqçının ölüb-ölməməsi ilə bağlı sullarını cavablandırarkən deyib.
“Müəyyən mənada belə görünür. Çox kədərlidir”, – deyə o bildirib.
Oktyabrın 17-də müxalifətçi jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun kabinetində öldürüldüyü və cəsədinin doğrandığına dair ehtimallar ortaya çıxıb.