Загрузка...

“Contiki” turizm şirkətinin apardığı araşdırmanın nəticələrinə əsasən, 18-35 yaş arasında olan insanların əksəriyyəti səyahəti seksdən üstün tutur.

Oxu.Az xəbər verir ki, bu barədə “Travel and Leisure” portalının məlumatında deyilir.

“Pulsuz səyahət üçün altı ay müddətində nədən imtina edə bilərdiniz?” sualına respondentlərin 80 faizi “Netflix” akkauntunun şifrəsini verməyə hazır olduğunu bildirib. Digər 77 faiz qəhvədən, 73 faiz isə spirtli içkidən imtina edə biləcəyini söyləyib.

Lakin ekspertləri ən çox təəccübləndirən rəyi soruşulanların 57 faizinin verdiyi cavab olub. Belə ki, onlar səyahətə görə seksdən imtina edə biləcəyini bildiriblər.

Respondentlərin 41 faizi isə səyahət naminə altı ay ərzində smartfondan istifadə etməyəcəyini deyiblər.