Загрузка...

Türkiyədə ictimai media hesablarından mahnı söyləyərək videolar paylaşan və bunun hesabına məşhurlaşan 23 yaşlı Simge Barankoğlu polis tərəfindən saxlanılması xəbərlərinə reaksiya verib.

Simge Barankoğlu elektron siqaret reklamına çəkildiyi üçün polis tərəfindən saxlanılmasını təkzib edib: “İki gündür mənim saxlanılmağımla bağlı xəbərlər yayılır.Elektron siqaret reklamında çəkilməyimlə əlaqədar heç bir halda istintaqa çağırılmamışam. İstintaqa çağırılmağımla bağlı ilk məlumatı Azərbaycan televiziyasında yayımlanan xəbərdən öyrəndim. Xahiş edirəm Azərbaycan TV-ləri haqqımda düzgün məlumat yaysınlar. Əks halda haqqımda bu cür əsassız xəbərlər yayanları qanuni yollarla məhkəməyə verəcəm”.

Unikal.org