Загрузка...

Amerikanın Merilend ştatındakı Çevi Çeyz şəhərində yaşayan qadın iki dəfə 50 min dollar məbləğində lotereya udub. Bu barədə o, “Maryland Lottery” jurnalına açıqlama verib.

Qadın iki dəfə qiyməti 5 dollar olan lotereya bileti alıb ki, orada qoruyucu qatı silmək lazım idi. İlk dəfə o, üç ay öncə qalib gəlib. 58 yaşlı amerikalı bildirib ki, bütün həyatı boyu lotereya oynasa da, heç vaxt əsas mükafatın qalibi olacağını düşünməyib, özü də iki dəfə. Özünün ikinci xoşbəxt biletini alanda isə bunu qızından gizlədib. Çünki qızı onun lotereya bileti almağına o qədər yaxşı baxmırdı. “Mən ilk dəfə 50 min dollar udanda qızım məndən oynamağı dayandırmağımı xahiş etdi”.

Qızı da anası kimi bu sonucdan təəccüblənib və onu lotereya kampaniyasına qədər ötürüb. “Anam ilk dəfəki uduşla kruizə getməliydi. Amma nəticədə bu pulların bir hissəsini öz hesabına keçirdi, qalanını isə ailəsinə sərf etdi. Bu dəfə isə söz verdi ki, haradasa çox isti və günəşli bir yerə gedəcək”.

Musavat.com