“Baş naziri 5 aydan sonra istefa etmək üçün seçmirlər”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri müxalifətdəki Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Nikol Paşinyanın istefa qərarını şərh edərkən deyib.
“Milli Assambleya baş naziri üzərinə ağır yük götürməsi üçün seçir. Onun vəzifəsi islahatlar həyata keçirmək, iqtisadi böyüməni təmin etmək, ölkəyə investisiya axınını gətirmək, təhlükəsizlik mühitini yaxşılaşdırmaq olmalıdır. Son bir neçə ayda bunlarınheç birini görmədik”,- Şarmazanov bildirib.
Onun sözlərinə görə, Paşinyan bu müddətdən özünün dövlətdəki mövqelərini güclənmək, dövlət resurslarını ələ keçirmək və daha sonra bu resurslardan təbliğat kampaniyası, habelə seçkilərdə yararlanmaq üçün istifadə edib.
Şarmazanov baş nazir müavini Ararat Mirzəyanın Seçki məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Venetsiya komissiyasının rəylərini nəzər almadan da seçkiləri keçiricəkləri barədə sözlərini tənqid edib. O, daha öncələr bu dəyişikliklərdə ən çox məhz Paşinyanın müxalifətdə olarkən israrcı olduğunu xatırladıb. Onun fikrincə, Ermənistan baş naziri indi hamını ələ salır.
Şarmazanov mənsub olduğu partiya içində seçkidə iştirakla əlaqədar ziddiyətlər yaranması ilə bağlı suallara cavab verib. Onun fikrincə, partiyanın əksəriyyəti iştirakdan yanadır.
Musavat.com