Загрузка...

İranda qadınlara futbol oyunlarına getmək yenidən qadağan olunub.

Oxu.Az xəbər verir ki, ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri müvafiq bəyanatla Tehranda keçirilən İran-Boliviya yoldaşlıq oyunundan bir gün sonra çıxış edib.

Montazeri qadınların stadionda futbol oyunu seyr etmələrinin əleyhinə olduğunu bildirib.

“Biz müsəlman dövlətiyik, müsəlmanlarıq. Qadın stadionda yarıçılpaq kişiləri idman geyimində görəndə, bu, günaha gətirib çıxarır. Əgər bu bir daha baş versə, Tehran prokuroruna tədbir görməyi tapşıracağam”, – deyə o vurğulayıb.