Загрузка...

Haiti prezidenti Jovenel Moizaya sui-qəsd cəhdi olub.

Oxu.Az xəbər verir ki, hadisə Haiti dövlətinin qurucusu Jan-Jak Dessalinin vəfatının ildönümünə həsr edilmiş mərasim zamanı baş verib.

Silahlı şəxslərin prezidentin olduğu tribunaya açdıqları atəş nəticəsində iki mühafizəçi yaralanıb.

J. Moiza isə təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.