Загрузка...

Aktrisa Təranə Əliyeva filmlərə çəkilməməsinin səbəbini açıqlayıb.

BAKU.WS-ə açıqlama verən aktrisa rejissorları filmlərə, seriallara başqa sahənin nümayəndələrini çəkməkdə ittiham edib:

“Hər kəs öz tanış-bilişini, yaxınını, qohumunu çəkir. Hətta görürərəm ki, evdar qadınları, başqa sahənin adamlarını da çəkirlər. İncəsənət Universiteti hər il o qədər aktyor, aktrisa yetişdirir. Onlar onda niyə diplom alır? Elə adamlar var ki, az bal toplayırlar və oxumaq üçün pul tökürlər, amma axırda o diplom lazım olmur.

Özüm iki təhsilliyəm. Birinci təhsilimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsində almışam. İkinci təhsilim incəsənət üzrədir. İkinci universiteti ona görə bitirdim ki, mən peşəkar aktrisa olum. Heç kəs mənə irad tutmasın ki, filologiyanı bitirib gəlir filmə çəkilir, tamaşa oynayır.

Hamı da bilir ki, ikinci təhsil ödənişlidir. Mən 4 il ödənişli oxumuşam, ona görə ki, sonradan məni çəkməsinlər. Düzdür, xahiş etmirəm çəksinlər. Mən evdə oturduqca, filmlərə çəkilmədikcə, tamaşalarda oynamadıqca, ümumiyyətlə, bildiyim Azərbaycan dilini də unuduram. Bu da, mənim fikrimcə, pis nəticədir”.