Загрузка...

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.

Milli.Az xəbər verir ki, bu barədə criminal.az saytına mərhumun “bratva””sı Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.

K.Sumqayıt mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin klanının üzvü olub. “Qanuni oğru” Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb.

Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil.