Загрузка...

Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akşiyev bu ölkənin Vahid Milli Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında qalan pulları və bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyevanın Londondakı bədxərcliyi arasında əlaqə barədə jurnalistlərin sualları ilə qarşılaşmalı olub.

Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, Daniyar Akşiyev jurnalistlərdən Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə hacıyevanın Londonda şoppinqə başgicəlləndirici məbləğdə pullar xərcləməsi qalmaqalını qazaxların milli pensiya fondunun pulları ilə əlaqələndirməməyi xahiş edib.

“Mən başa düşürəm, hamı qalmaqal istəyir. Vahid Milli Pensiya Fondu hazırda bu bankın investoru deyil. Bankın bütün kağızları Azərbaycan dövlətinin qiymətli kağızları ilə əvəzlənib, yəni biz hazırda Azərbaycan dövlətinin investoruyuq. Vahid Milli Pensiya Fondunun bu banka hazırda heç bir aidiyyatı yoxdur”-Daniyar Akşiyev belə deyib.

Qazaxıstan Milli Bankının rəhbəri Zamirə haqda:

Milli Bankın rəhbəri jurnalistləri iki il əvvəlki arxivləri qaldırmağa və Fondun Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığı dayandırdığına əmin olmağa çağırıb.

“Orada həmin bankın istiqrazları var idi, onlar dəyişdirildi və biz iki il əvvəl çox ətraflı şəkildə bunu izah etdik, bildirdik ki, hansı opsiyalar təklif olunub və hansı opsiya seçilib. Və hazırda Vahid Milli Pensiya Fondu Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarını əldə saxlayır, yəni həmin banka heç bir dəxli yoxdur”-Akşiyev vurğulayıb.

Qazaxıstan Milli Bankının rəhbəri Zamirə haqda:

Bu günlərdə üzə çıxıb ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyi mənşəyi mlum olmayan pulların yuyulmasına qarşı mübarizə qanununu ilk dəfə Zamirə Hacıyevaya tətbiq edib. Onun Londondakı on milyonlarla dollarlıq mülkləri, habelə “Gulfstream” təyyarəsi və qolf-klubu dondurulub. Habelə müəyyən olunub ki, Z.Hacıyeva Londonun ən bahalı univermağı hesab edilən “Harrods”da təxminən 3 ilə 16 milyon funt sterlinq xərcləyib. Məhkəmə Zamirəyə vaxt verib ki, həmin aktivlərin qanuni yolla əldə edilmiş gəlirlər hesabına alındığını sübut etsin, əks halda aktivlər müsadirə olunacaq.

Qazaxıstan Milli Bankının rəhbəri Zamirə haqda:

Qazaxıstanın Vahid Milli Pensiya Fondu vaxtilə Azərbaycan Beynəlxalq Bankına 220 milyon dollar yatırıb. Daha sonra bankın xarici borclarının restrukturizasiyası elan edilib və bu pullar Azərbaycan dövlətinin qiymətli kağızlarına dəyişdirilib, ödəmə müddəti uzadılıb.