Загрузка...

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Ermənistan baş naziri Nikol Paşinyan istefa verdiyini bəyan edib.

Bununla da o, parlamentin buraxılması üçün formal əsasın yaradılacağına ümid edir.

“İstefa verirəm”, – deyə Paşinyan Ermənistanın İctimai televiziyasının canlı yayımında bəyan edib.

O həmçinin bildirib ki, seçkilərədək Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini icra edəcək.