Oktyabrın 15-də Moskva şəhərində “Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru İvan Rubinin cansız bədəni tapılıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib.
İlkin ehtimallara görə, Rubin özünə qəsd edib.
“Mash” telegram kanalının məlumatına görə, Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb:
“Ölümümdə Vladimir Aleksandroviç Türenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 avro borcluyam və mənə hədə-qorxu gəlib ki, pulu qaytarmasam, ayaqlarımı və barmaqlarımı sındıracaq”, – məktubda deyilir.