Загрузка...

Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq sağ gözünü itirmiş, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.

Bu haqda azxeber.com-a onun qardaşı İlqar Hacıyev məlumat verib.

Onun dediyinə görə, qardaşının vəziyyəti ağırdır: “Qoşqar neçə gündür ki, komadadır. Həkimlər dərdini bilmirlər, deyirlər heç nə olmayıb. Mən çox çarəsizəm, xahiş edirəm ki, qazimizə yardım edək, dəstək olaq”.

Məlumata görə, Qoşqar hazırda hərbi hospitaldadır.

Qeyd edək ki, uzun müddət Türkiyədə müalicə alan qazimiz oktyabr ayının 6-da Bakıda komaya düşüb.