Məşhur geyim brendi “Fendi”nin reklam çarxında Azərbaycan sözlərindən istifadə edilib. BAKU.WS xəbər verir ki, dünyaca məşhur geyim brendinin son reklam çarxında səslənən mahnıda “Bir gün mənə rəhmin gələcək” sözləri istifadə olunub. “Fendi” brendinin 10 milyondan çox izləyici olan rəsmi Instagram səhifəsində paylaşılan reklam çarxına qısa zamanda minlərlə baxış gəlib. Reklam çarxında Azərbaycan sözlərindən istifadə edilməsinin […]

Rusiya İstintaq Komitəsi Krımdakı Kerç şəhərində baş verən kütləvi qətliamla bağlı açıqlama verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, əvvəlcə Kerç kollecinin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb. Partlayıcı qurğunu da onun özünün hazırladığı ehtimal olunur. Terror aktı zamanı ümumilikdə 18 nəfər ölüb, […]

Altı illik fasilədən sonra Azərbaycan yenidən “Uşaq Avroviziya” mahnı müsabiqəsinə qatılacaq. Axşam.az-ın məlumatına görə, ölkəmizi yarışmada 12 yaşlı Fidan Hüseynova təmsil edəcək. Fidanın yarışma zamanı səsləndirəcəyi mahnı və klipi təqdim edilib. Belarusiyanın paytaxtı Minsk şəhərində keçiriləcək final gecəsi noyabrın 25-də gerçəkləşdiriləcək. Fidan müsabiqədə “I wanna be like you” adlı mahnı oxuyacaq. Bəstənin müəllifləri Aytən İsmixanova, […]

Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq sağ gözünü itirmiş, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib. Bu haqda azxeber.com-a onun qardaşı İlqar Hacıyev məlumat verib. Onun dediyinə görə, qardaşının vəziyyəti ağırdır: “Qoşqar neçə gündür ki, komadadır. Həkimlər dərdini bilmirlər, deyirlər heç nə olmayıb. Mən çox çarəsizəm, xahiş edirəm ki, qazimizə yardım edək, dəstək olaq”. Məlumata görə, Qoşqar […]

Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib. Medianews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib. R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb: “2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud […]

ABŞ-ın məşhur repçisi T.İ.nin yeni klipi qalmaqala səbəb olub. “Ölkə.Az” xəbər verir ki, klipin süjet xəttinə əsasən, Donald Tramp Ağ Evdən helikopterlə ayrılır. Bunu fürsət bilən repçi Oval Ofisdəki masada əyləşir. Bu zaman onun qarşısına birinci xanım Melaniya Trampa bənzəyən bir qadın gəlir. Uzun pencək geyinən qadın erotik rəqs edir. Video görüntü sosial şəbəkədə geniş […]

Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi. Milli.Az xəbər verir ki, bu barədə criminal.az saytına mərhumun “bratva””sı Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb. Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb. K.Sumqayıt mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin klanının üzvü olub. “Qanuni oğru” Dato Ağcabədinski, […]

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı Badri Patarkatsvilinin qətlini sifariş verməkdə ittiham edir. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hadisə icraçılarından birinin evində axtarış zamanı iş adamının qətlə yetirilməsinin müzakirə olunduğu barədə audiosəs yazısı tapılıb. “Söhbət zamanı Q.D. (qətlin icraçısı) qətlin Saakaşvili tərəfindən sifariş edildiyini təsdiqləyib”-deyə rəsmi açıqlamada deyilir. 2008-ci […]

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır. Medianews.az virtualaz.org-a istinadən xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb. “The Wall Street […]

Bu gün gecədən yağan yağışdan sonra fəsadlar üzə çıxıb. BAKU.WS-in məlumatına görə, Nizami rayonu, Babək prospektində yerləşən köhnə “Maşın bazarı”ı yağış suları ilə dolub. Bazarın hər tərəfi su ilə dolub. Satıcılar yaranmış vəziyyət qarşısında çaşqınlıq yaşayıb. Bazarda piyada hərəkət etmək çətinləşib. Sözügedən kadrları təqdim edirik:

Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb. BAKU.WS-in məlumatına görə, tikinti aparılan binanın qarşısındakı yol aralanıb. Hadisə ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlama verib. AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir: “Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri […]

Xalq artisti Məleykə Əsədova yenə də geyimi ilə diqqət çəkib. Axşam.az-ın məlumatına görə, əməkdar artist Könül Kərimovanın ad günü məclisinə qatılan aktrisa qara uzun libas geyinib. Əsədovanın paltarı uzun yarığı ilə söz-söhbətə səbəb olub. Məleykənin paltarının dərin sinə dekoltesi də diqqətdən qaçmayıb.

Sabiq boksçumuz Əli İsmayılov UFC çempionu Həbib Nurməhəmmədovla Floyd Meyvezerin gözlənilən döyüşünə münasibət bildirib. O, Oxu.Az-a açıqlamasında qeyd edib ki, görüş maraqlı olacaq: “Açığı, mən bu haqda bilmirdim. Amma belə olsa, maraqlı görüş olacaq. Düşünürəm ki, hər şey görüşün harada baş tutmasından asılıdır. Əgər döyüş rinqdə olsa, o zaman əminliklə Meyvezerin qalib gələcəyini deyə bilərəm. […]

Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək. Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək: “Gün ərzində bəzi […]

Bakıda, Xətai rayonu Gəncə prospektində 24 yaşlı gənc oğlan intihar edib. Oxu.Az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Rəhimli Ceyhun Elxan oğlu özünü hündürmərtəbəli yaşayış binasında atıb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

İki il əvvəl Astanada keçirilən beynəlxalq media konfransında iştirak edərkən AzTV-nin Qazaxıstandakı xüsusi müxbiri Fadil Paşayev təklif etdi ki, bu qədər uzun yol gəlmişkən, Qazaxıstanda yaşayan azərbaycanlılarla da görüşsəniz, yaxşı olar. Asudə vaxt olan kimi iş adamı Səyyaf bəyin avtomobilində Astanadan bir qədər kənara çıxdıq. Gərək ki, şəhərin şimalına doğru getdik. Fadil Paşayev bizə çox […]

Rusiyanın məşhur bloggeri qəzada ölüb. Medianews.az xəbər verir ki, blogger Olqa Petrova Moskvada idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Gənc blogger xəstəxanaya çatırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sevdiyi işi gənc bloggerin əcəli olub. Belə ki, Olqa Petrova motosikletlə təhlükəli tryuklar edərək videoya çəkir, öz sosial hesabında paylaşırdı. Minlərlə izləyicisi olan 22 yaşlı bloggerin […]

Gənc müğənni Nahidə Babaşlı “Xəzər TV”-də yayımlanan 5-də 5 verilişində qonaq olub. Verilişin aparıcısı Zaur Kamal müğənnidən Youtube-də nə qədər qazanc əldə etdiyini soruşub. Nahidə isə əvvəlcə bu sualdan yayınıb və cavab vermək istəməyib. Ancaq sonradan təkidlərdən sonra müğənni qazancı haqqında danışıb. O bildirib ki, Youtube-da qazanc stabil olmur: “Qazanc bəzən çox, bəzən isə az […]

Sosial şəbəkələrdə Bakı küçələrində “avtoşluq” edən “Niva” sürücüsünün videosu böyük müzakirələrə səbəb olub. Oxu.Az-ın xəbərinə görə, video “Facebook” sosial şəbəkəsində “Avtostop” səhifəsində paylaşılıb. Kadrlarda “Niva” sürücüsü qaydaları kobud şəkildə pozaraq, özünü və yol-nəqliyyat hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atır. Həmin görüntüləri təqdim edirik:

Oktyabrın 15-də Moskva şəhərində “Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru İvan Rubinin cansız bədəni tapılıb. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. İlkin ehtimallara görə, Rubin özünə qəsd edib. “Mash” telegram kanalının məlumatına görə, Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb: “Ölümümdə Vladimir Aleksandroviç Türenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 […]

Məşhur rəqqasə Aygün başına gələn və ona çox pis təsir edən hadisədən danışıb. A24.Az-a açıqlama verən rəqqasə bildirib ki, məclislərdən birində azərbaycanlı məmurlardan birinin oğlu tərəfindən alçaldılıb. O, bu hadisənin onu ciddi şəkildə sarsıtdığını söyləyib: “Bir insandan çox incimişəm. Həmin şəxs vəzifəli bir şəxsin oğludur və özü də vəzifədədir. “Böyük adamın” oğlu ola bilər, pulu […]

Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir. İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır. Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar. Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın. Buğa – diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə […]

“Kəblə Əzim istəyirmiş bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar da yumurtadan qalan borcumun hesabı imiş” (Mirzə Cəlil, “Saqqallı uşaq” hekayəsindən) Dünyanın başqa ölkələrində bizdəki kimi jurnalistlər dövlət qayğısı ilə əhatə olunmamışdır. Misal üçün, Səudiyyə Ərəbistanından olan jurnalist Camal […]

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,19 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 81,02 dollar/barel təşkil edib ki, […]

Fransa millisinin əfsanəvi futbolçusu, Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan Bakıya gələ bilər. Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun səfəri 2019-cu ilin mayında Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlıdır. Belə ki, Avroliqanın finalı ilə bağlı yaxın aylarda Bakıda fan-zona açılacaq. Məhz bu münasibətlə Zidanın da Bakıya gələcəyi gözlənilir. Qeyd edək ki, o, Bakıya […]

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi “Facebook” səhifəsi, “Twitter” və “Youtube” kanalları fəaliyyətə başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində yer alan məlumatda deyilir. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da […]

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib. Oxu.Az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər. “ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, – deyə […]

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Ermənistan baş naziri Nikol Paşinyan istefa verdiyini bəyan edib. Bununla da o, parlamentin buraxılması üçün formal əsasın yaradılacağına ümid edir. “İstefa verirəm”, – deyə Paşinyan Ermənistanın İctimai televiziyasının canlı yayımında bəyan edib. O həmçinin […]

Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd əl Uteybi Türkiyəni tərk edib. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, diplomat bu addımı öz istəyi ilə atıb. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Hami Aksoy bildirib ki, nazirlik Məhəmməd əl Uteybindən ölkəni tərk etməyi tələb etməyib. Qeyd edək ki, konsul səudiyyəli jurnalist Camal Khaşoqinin qətli ilə bağlı baş vermiş […]

İsrailin tarixində yeganə Olimpiya çempionu olan Vindserfer Qal Fridman qızıl medalını satmaq barədə düşünür. Fridman qazandığı medalı İsraildə hərraca çıxarmaq üçün ona kömək edəcək mütəxəssis axtardığını “Facebook” səhifəsində yazıb. O, şərhlərə cavabında bu medalın Olimpiya qızılı olduğunu qeyd edib. Çərşənbə axşamı “Ualla!” informasiya portalına verdiyi müsahibədə idmançı bildirib ki, o, yalnız Olimpiadanın qızıl medalının qiymətini […]

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqorla revanş döyüşünün şərtlərini açıqlayıb. Oxu.Az xəbər verir ki, rusiyalı idmançının atası oğluna Konora verilən məbləğdən beş dəfə artıq pul verilməsini istədiyini bildirib. “Fikrimcə, onlar Həbibə az pul verirlər. Çünki bu vaxtadək onlar Konora üç dəfə çox pul veriblər. İndi isə istəyirik ki, bizə Konora […]