Загрузка...

“Microsoft” şirkətinin təsisçilərindən biri olan Pol Allen 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi CNBC telekanalı məlumat yayıb.

Allen oktyabrda ona limfoma diaqnozunun qoyulduğunu bildirib. O, “Forbes”in 2018-ci il üçün açıqladığı milyarderlər siyahısında 20,5 milyard dollar varidat ilə 44-cü yerdə qərarlaşıb.

Ötən ay “AzInTelecom” MMC-nin Data Mərkəzinin “Microsoft Office 365” lisenziyasının satışına başladığı xəbər verilmişdi.