Загрузка...

Çeçenistan rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, Kadırov bu barədə özünün Telegram-kanalında yazıb.

O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib.

“Belə fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər dəstəkləyə bilər”, – deyə Kadırov vurğulayıb.